ICESCO-nun nümayəndəsi: Azərbaycan multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsində dünyaya nümunə göstərir
23.08.2025 [13:02]
Xəbərin mətni
Beynəlxalq Multikulturalizm Gənclər Forumunun Azərbaycanda keçirilməsinə çox şadam. Bu, düzgün seçimdir. Ona görə ki, Azərbaycan multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsində dünyaya nümunə göstərir. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ICESCO-nun İnsan Elmləri Bölməsinin direktoru Dinara Quliyeva söyləyib.