Tezliklə “Dirilən adam” serialının yayımına başlanılacaq
19.11.2025 [17:03]
Tezliklə AzTV-də yayımlanacaq “Dirilən Adam” serialı Azərbaycan ədəbiyyatının görkəmli yazıçısı Mir Cəlal Paşayevin eyni adlı romanı əsasında hazırlanıb. Serialın əsas qəhrəmanları Qədir və Qumru xoşbəxt bir ailədir. Yaşadıqları bölgənin nüfuzlu şəxslərindən olan Bəbir Qumruya vurulur və onu Qədirin əlindən almaq üçün müxtəlif yollar axtarır. Bəbir Qədiri uzaq bir yerə işləməyə göndərərək onu aradan götürməyə çalışır. Lakin sui-qəsddən sağ çıxan Qədir qisas almaq üçün yenidən şəhərə qayıdır. Serialın baş rollarında Əməkdar artistlər – Sənubər İsgəndərli, Füzuli Hüseynov, aktrisa və aktyorlar – Günay Həsən, Yasin Həzi yer alırlar. Ümumilikdə 150 bölüm olması nəzərdə tutulan serial 1 dekabr tarixindən etibarən həftə içi 5 gün saat 22:00-da Azərbaycan Televiziyasında yayımlanacaq. Qeyd edək ki, bu serial AzTV-nin tarixində ilk gündəlik çoxserialı layihədir.