Azərbaycan Dövlət İnformasiya Agentliyi

Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirə günüdür

19.09.2016 [13:15]

Xəbərin mətni
Bu gün şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə günüdür. Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı Aida İmanquliyeva özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açıb.