Bu il 11 ali məktəbin akkreditasiyası aparılıb
26.12.2025 [13:47]
Xəbərin mətni
Cari il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 11 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. AZƏRTAC xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən brifinqdə deyib.