Azərbaycan Dövlət İnformasiya Agentliyi

UN-Habitat nümayəndəsi: Şəhərsalmada Azərbaycanın rolu artmaqdadır

22.05.2026 [14:00]

Xəbərin mətni

Azərbaycan artıq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməklə və qlobal mənzil böhranı ilə digər vacib şəhər problemlərinə diqqət çəkməklə mühüm rol oynayır. Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən UN-Habitat-ın nümayəndəsi Metyu Benn deyib.