İmtahan balının artırılması ilə bağlı saxta elanlar – Rəsmi açıqlama
01.06.2026 [18:30]
Xəbərin mətni
“İmtahan nəticən pisdirsə, bizimlə əlaqə saxla, balını yüksəldək”. Dələduzlar bu dəfə hədəf kimi abituriyentləri seçib. Onlar sosial şəbəkələrdə müxtəlif saxta elanlar paylaşaraq ödəniş müqabilində guya imtahanda aşağı bal toplayan abituriyentlərin ballarını xüsusi kodlaşdırma ilə artıra biləcəklərini deyirlər. Dövlət İmtahan Mərkəzi məsələylə bağlı abituriyentlərə və valideynlərə çağırış edir.