Direktor: Dövlət peşə təhsili müəssisələrində illik təhsil haqqı 500 manatdan başlayır
23.07.2026 [14:22]
Xəbərin mətni
Dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələr üçün illik təhsil haqları təhsil səviyyələrinə uyğun olaraq müəyyənləşdirilib. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı brifinqdə deyib.