Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüsal Qasımlı: İslam maliyyəsinin həcmi 6,5 trilyon dollara çatıb

22.10.2026 [12:37]

Xəbərin mətni

Hazırda dünyada İslam maliyyəsinin həcmi 6,5 trilyon dollara çatıb (2026-cı ilin rəqəmlərinə görə) və təkcə bu il artımın 10 faizə qədər olması gözlənilir. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 3-cü İslam Maliyyə Forumunda çıxışı zamanı bildirib.