Kəlağayıya maraq və tələbat artır: Milli irsimiz gənclər tərəfindən sevilərək yaşadılır
22.10.2026 [17:11]
Xəbərin mətni
Kəlağayı xalqımızın həyatında hər zaman xüsusi yer tutub. Bu qədim baş örtüyü əsrlər boyu nəsildən-nəslə ötürülərək milli geyim mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib. Anamın 105 yaşı var, xalam isə 117 yaşında dünyasını dəyişib. Onların həyatında da kəlağayının özünəməxsus yeri olub. Xalam daim kəlağayıdan istifadə edər, hətta səhhətində müəyyən narahatlıq hiss etdikdə onu belinə və ya başına bağlayardı. Böyüklərimiz kəlağayının insan sağlamlığına müsbət təsir göstərdiyinə inanırdılar. Bunu AZƏRTAC-a açıqlamasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin İdarə Heyətinin üzvü, şair Səringül Sadə bildirib.