ELM VƏ TƏHSİL


Bakı məktəblərində təhsil alan birincilərin sayı açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərində 46.798 şagird birinci sinifdə təhsil alır. BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, həmin şagirdlərdən 46.338 nəfəri 2017-2018-ci tədris ili üçün martın 15-dən sentyabrın 16-dək aparılan birinci sinfə şagird qəbulu çərçivəsində məktəbə qəbul edilib. 460 şagird isə tədris ili başladıqdan sonra, sentyabrın 16-dan oktyabrın 15-dək birinci sinfə qəbul olunub.