ELM VƏ TƏHSİL


On səkkiz yaşlı Xaçmaz sakini mini traktor düzəldib

On səkkiz yaşlı Xaçmaz sakini Həmdulla Xəlilov metal tullantılarından və müxtəlif məişət əşyalarının hissələrindən istifadə etməklə, mini traktor düzəldib. Bacarıqlı gənc rayonun Nərəcan kəndində yaşayır. Mini traktorun hazırlanmasına bir ay vaxt sərf edən Həmdulla Xəlilovun əldə etdiyi nəticə gözlədiyindən də yaxşı olub. İndi Xəlilovlar ailəsi bu traktordan bağdan meyvə və ot daşınmasında istifadə edir.