ELM VƏ TƏHSİL


5 yaşlı uşaqların məktəbəhazırlıq qrupundan REPORTAJ

Onlar 5 yaşlı şagirdlərdir. Təxminən bir ay əvvələ qədər bu uşaqlar nə qələm tutmağı bacarırdı, nə də hərfləri, rəqəmləri tanıyırdı. Bu gün məktəbə həvəslə gələn bu balaca şagirdlər isə artıq bir-çox bacarıqlara yiyələniblər. 1 nömrəli tam orta məktəbin qrup müəlliməsi Zərifə Şükürova deyir ki, 5 yaşlı uşaqları təhsil mühitinə uyğunlaşdırmaq, onlarda təhsilə maraq yaratmaq çox məsuliyyətlidir.