Azərbaycan Dövlət İnformasiya Agentliyi

Piter Teys: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır

03.11.2017 [14:46]

Xəbərin mətni
Ölkəmizdə səfərdə olan amerikalı jurnalist, politoloq Piter Teys noyabrın 3-də Bakı Slavyan Universitetində (BSU) son mühazirəsini oxuyub. AZƏRTAC xəbər verir ki, tələbələr qarşısında çıxış edən P.Teys mühazirəsində dünyada iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycanın sürətli iqtisadi yüksəlişini xalqın vətənpərvərlik ruhda olması və dövlətə inamı ilə əlaqələndirib.