Azərbaycan Dövlət İnformasiya Agentliyi

Görkəmli alim və hərbi xadim Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi qeyd edilib

16.11.2017 [14:43]

Xəbərin mətni
Noyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu elmi qurumun, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə görkəmli alim və hərbi xadim, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, AMEA-nın fəxri üzvü, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilib.