ELM VƏ TƏHSİL


“WhatsApp”da yeni səs funksiyası sınaqdan keçirilir

“WhatsApp” messencerinin yaradıcıları “push-to-talk” səsli mesaj funksiyasını 2013-cü ildə istifadəyə veriblər və həmin vaxtdan funksiyada ciddi dəyişiklik edilməyib. AZƏRTAC xəbər verir ki, hazırda servis həmin funksiya üzərində işləyir. Məlumata görə, indi səsli mesaj yazmağa başlayan kimi “WhatsApp” mikrofon düyməsinin əvəzinə yeni üzə çıxan interfeys görünəcək. İstifadəçi təxminən yarım saniyə sonra fasiləsiz səsyazma rejiminə keçə biləcək və barmağı düymənin üzərində saxlamağa ehtiyac qalmayacaq.