ELM VƏ TƏHSİL


Azərbaycan nümayəndə heyəti “Dəyişən dünya kontekstində Çinin inkişafı” mövzusunda simpoziumda iştirak edib

Pekində “Dəyişən dünya kontekstində Çinin inkişafı” mövzusunda beynəlxalq elmi simpozium keçirilib. AMEA-nın vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli çıxışı zamanı Azərbaycan-Çin münasibətlərinin tarixindən, xüsusən tarixi İpək yolunun bu əlaqələrin inkişafına müsbət təsirindən söz açıb. Bildirib ki, müasir dövrdə əlaqələrimizin inkişafında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə səfərləri və bu səfərlər zamanı imzalanmış sənədlərin rolu böyükdür.