Azərbaycan Dövlət İnformasiya Agentliyi

İvanka Trampı heyran edən 15 yaşlı azərbaycanlı qız "İstək liseyi"nin doqquzuncu sinif şagirdidir

29.11.2017 [10:08]

ABŞ prezidentinin baş müşaviri və ölkə başçısının qızı İvanka Tramp nümayəndəsi olduğu Qlobal Sahibkarlıq Sammitində 15 yaşlı azərbaycanlı qızın uğurlarından danışıb. Hələ gənc olmasına baxmayaraq Reyhan Camalovanın böyük işlər gördüyünü vurğulayan prezident qızı çıxışında deyib: "Reyhanın güclü bir şüarı var – “Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx.” Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Qlobal qadın problemləri üzrə bölməsinin (U.S. State Dept | Office of Global Women's Issues) rəsmi "Twitter" səhifəsi də Reyhan Camalovanın ixtirası barədə yazıb və onun fotosunu paylaşıb.