ELM VƏ TƏHSİL


Reyhan Camalova: "Rainergy" qurğusunun tətbiqi üçün artıq sponsor təklifi almışıq

Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində öz ixtirası ilə diqqət çəkən Reyhan Camalova bu gün Azərbaycana qayıdıb. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc ixtiraçını təhsil aldığı “İstək” liseyinin nümayəndələri, məktəb yoldaşları və media nümayəndələri qarşılayıblar. Əldə etdiyi uğurda payı olan hər kəsə təşəkkürünü bildirən Reyhan Hindistan səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır