ELM VƏ TƏHSİL


Bakıda “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” mövzusunda müzakirələr aparılır

Dekabrın 8-də Bakı Slavyan Universitetində (BSU) “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” mövzusunda beynəlxalq “dəyirmi masa” keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, universitetdə fəaliyyət göstərən 11 tədris və mədəniyyət mərkəzi barədə ətraflı məlumat verib.