ELM VƏ TƏHSİL


Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi qeyd olunub

Yubiley tədbirində çıxış edən SDU-nun rektoru, professor Elxan Hüseynov universitet haqqında məlumat verərək bildirib ki, hazırda Sumqayıt Dövlət Universitetində 7 fakültə, 29 kafedra, 6 elmi-tədqiqat laboratoriya, Tədris Metodiki Mərkəz, doktorantura və magistratura şöbəsi, elmi hissə, əcnəbi tələbələr şöbəsi və digər qurumlar fəaliyyət göstərir. Azərbaycan və rus bölmələrində 41 ixtisas üzrə bakalavr səviyyəsində 5432 tələbə, magistratura səviyyəsində 257 magistrant təhsil alır.