“Instagram” messencerini sınaqdan keçirməyə başlayır
09.12.2017 [20:21]
“Facebook” sosial şəbəkəsinə aid olan “Instagram” foto servisi öz şəxsi messencerini sınaqdan keçirməyə başlayır. “Direct” adlı mobil proqram “Android” və “iOS” mobil platformaları üçün 6 ölkədə istifadəyə veriləcək. Sınaq müddəti dəqiqləşdirilmir, amma “Direct” messenceri bütün dünyada əlçatan olsa, bu proqram “WhatsApp” və “Facebook Messenger”dən sonra şirkətin üçüncü populyar messenceri olacaq.