ELM VƏ TƏHSİL


Azərbaycanlı alimlərin yeni elmi nəticəsi ilə alternativ enerjinin əldə olunması daha da asanlaşacaq

Gəncə Dövlət Universitetinin kimyəvi materialşünaslıq laboratoriyasında bir qrup kimyaçı alim tərəfindən aparılmış elmi tədqiqatlarda mühüm nəticə əldə olunub. Elm üçün böyük uğur sayılan yeni nəticəni, yəni funksional materialları nanotexnologiyada, elektrotexnikanın müxtəlif sahələrində, günəş batareyalarının istehsalında, eləcə də alternativ enerji mənbələrinin alınmasında geniş tətbiq etmək mümkündür.