ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin ixtirası dəm qazından boğulmalara və ölüm hallarına son qoyacaq

Azərbaycanlı alim mənzillərdə yaranan dəm qazını atmosferin yuxarı qatlarına atan, bununla da insan zəhərlənməsinə və ölüm hallarına son qoyan sadə quruluşlu, lakin çox mühüm qurğu ixtira edib. Alimin ixtirasının digər mühüm cəhəti ondan ibarətdir ki, qurğunun fəaliyyəti üçün heç bir enerji sərf olunmur. Çünki, qurğu yalnız küləyin, yaxud evdə yaranmış dəm qazının təsiri ilə fəaliyyətə başlayır və insanları ölümdən qoruyur.