Gələn ildən “WhatsApp” bəzi telefonlarda işləməyəcək
27.12.2017 [18:57]
“WhatsApp” messenceri yanvarın 1-dən “Windows 8.0” (həmçinin sonrakı versiyalar), eləcə də “BlackBerry OS” və “BlackBerry 10” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonların dəstəklənməsini dayandıracaq. Bu barədə “International Business Times” nəşri məlumat verib.