Xaçmazın Bayoba kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib
08.01.2018 [14:49]
Xəbərin mətni
Xaçmaz rayonunun Bayoba kəndində 100 şagird yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Əlvan Fətəliyevin adını daşıyan ümumi orta məktəbin yeni binasında 7 sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub. Tikintisinə 2017-ci ilin oktyabr ayında başlanılan birmərtəbəli tədris ocağının ümumi sahəsi 350 kvadratmetrdir.