Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gələcəyin avtomobili: yeni elektrokar “Fisker EMotion”

10.01.2018 [17:38]

Xəbərin mətni
ABŞ-ın “Fisker” avtomobil istehsalçısı Las-Veqas şəhərində keçirilən CES 2018 sərgisində yeni “Fisker EMotion” elektrokarını təqdim edib. Elektrokara quraşdırılan 143 kVt həcmli litium-ion akkumulyatoru sayəsində o, əlavə enerji toplamadan 640 kilometr məsafə qət edə bilir. Seriyalı şəkildə buraxılacaq elektrokarlar 9 dəqiqə müddətində topladığı enerji ilə 200 kilometr yol gedəcək.