ELM VƏ TƏHSİL


Qubada məktəbli qardaşlar hidravlik üsulla idarə olunan robotlar düzəldiblər

15 yaşlı Hüseynin və ondan iki yaş balaca qardaşı Emilin fizika fənninə böyük maraqları var. Onlar birlikdə müxtəlif texnikaların iş prinsipinə baxaraq hidravlik robot və qaldırıcı qurğu düzəldiblər. Bu işə yeni başladıqlarından hələ ki, iş prinsipi sadə olan qurğular üzərində çalışırlar. Qardaşlar robotları düzəltmək üçün müxtəlif ölçülü şprislər, yapışqan və kartonlardan istifadə ediblər. Hidravlik üsulla idarə olunan bu robotlar vasitəsilə əşyaları yerindən götürərək kənara qoymaq mümkündür.