MÜSAHİBƏ


Azər Nəbiyev: Həmin gecə şəhidlərimiz qanları ilə tarix yazdılar

20 Yanvar faciəsindən 28 il ötür. Hər il bu gün şəhidləri yad etmək üçün minlərlə insan axın-axın Şəhidlər xiyabanına gəlir. Buraya tez-tez gəlirəm. Hər gəldikdə çox çətin olsa da, o günləri yenidən xatırlayıram. Bu sözləri AZƏRTAC-a Şəhidlər xiyabanının salınmasında iştirak edən dəfn komissiyasının üzvlərindən biri Azər Nəbiyev deyib. "Həmin gecə şəhidlərimiz qanları ilə tarix yazdılar. 20 Yanvar hadisəsi itkilərimizə görə bir faciə hesab edilsə də, bütövlükdə millətimizin tarixinə qızıl hərflərlə yazılacaq şərəfli və qəhrəmanlıq tarixidir. Biz bu günü heç vaxt unutmayacağıq. Onların xatirəsi hər zaman müqəddəs tutulacaq”, - deyə Azər Nəbiyev vurğulayıb.