ELM VƏ TƏHSİL


Azərbaycan tələbə-könüllülərinin üçüncü forumu keçirilib

Yanvarın 25-də Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Azərbaycan tələbə-könüllülərinin üçüncü forumu keçirilib. Təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov bildirib ki, forumun keçirilməsinin əsas məqsədi tələbələr arasında könüllülük hərəkatının inkişafına, tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına kömək göstərməkdir. Tədbir ötən il təşkil olunmuş ikinci forumun nəticələrinə, görülmüş işlərə və qarşıya qoyulan yeni məqsədlərə həsr edilib.