Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parlamentin elm və təhsil komitəsinin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

29.01.2018 [19:15]

Xəbərin mətni
Yanvarın 29-da Milli Məclisin elm və təhsil komitəsinin 2018-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. AZƏRTAC xəbər verir ki, komitənin sədri İsa Həbibbəyli ötən sessiya ərzində görülən işlərdən danışıb. Bildirilib ki, 2017-ci il payız sessiyasında komitənin üç iclası keçirilib, bu iclaslarda 21 qanun layihəsi müzakirə olunub.