Paytaxtdan Qubanın ucqar kəndinə gələn gənc müəllim şagirdlərin sevimlisinə çevrilib
07.02.2018 [15:14]
Xəbərin mətni
Pedaqoji fəaliyyətə bu ildən Qubanın Rustov kənd tam orta məktəbində başlayan Könül Əzizəliyeva Bakı şəhər sakinidir. Gənc müəllim ingilis dili fənnini tədris edir. 2017-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Quba rayonunun Rustov kənd tam orta məktəbinə təyinat alıb. Qısa müddətdə şagirdlərin sevimlisinə çevrilib.