ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu davam edir

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir. Fevralın 8-i saat 14:00-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 4 min 657, rus bölməsi üzrə 555, ümumilikdə 5 min 212 nəfər elektron ərizəsini təsdiqləyib.