Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnsan müdaxiləsi olmadan 10 min il işləyəcək mexaniki saat hazırlanır

22.02.2018 [19:18]

“Amazon”un yaradıcısı kimi tanınan Ceff Bezos insan müdaxiləsi olmadan 10 min il işləyəcək mexaniki saat hazırlayır. Bu barədə o, özünün “Twitter” səhifəsində məlumat verib. 42 milyon dollara başa gələcək saatın tikintisinin Texasın qərbində aparıldığını da yazıb. Ceff Bezos səhifəsində saatin tikintisi ilə bağlı video da paylaşıb.