QAN YADDAŞI


“TRT World” dünya ictimaiyyətini Xocalı soyqırımı haqqında məlumatlandırdı

Bir neçə gündür ki, qardaş ölkənin nüfuzlu televiziya kanalları Xocalı və Dağlıq Qarabağla bağlı həqiqətləri dünyaya çatdırmaq üçün silsilə reportajlar təqdim edir. Fevralın 26-da Türkiyənin ingiliscə xəbər kanalı olan “TRT World” də Xocalı soyqırımından bəhs edib. Türkiyənin dünyaya açılan pəncərəsi “TRT World” Xocalıda yaşananlar barədə beynəlxalq ictimaiyyətə geniş məlumat verir. Süjet kanalın beynəlxalq müxbirlərinə ünvanlanan “Xocalı barədə eşitmisinizmi?” sualı ilə başlayır.