ELM VƏ TƏHSİL


Bakıdakı 162 nömrəli tam orta məktəbin 100 illik yubileyi qeyd olunub

Martın 1-də Bakı şəhəri Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, “Bir əsrin xatirəsi” mövzusunda təşkil olunan tədbir məktəbin həyətində şəhid Etibar Əliyevin barelyefinin açılışı ilə başlanıb. Şəhidin atası Allahverdi Əliyev oğlunun adını daşıyan təhsil müəssisəsinin 100 ildir ki, uğurla fəaliyyət göstərməsindən böyük qürur hissi keçirdiyini bildirib.