ELM VƏ TƏHSİL


Bakı məktəblərində 6500-dək beşinci sinif şagirdi informatika fənnini yeni formatda öyrənir

Martın 2-də informatika fənninin yeni formatda tədrisi üzrə pilot layihənin tətbiq olunduğu Bakı Avropa Liseyinə mediatur təşkil edilib. AZƏRTAC xəbər verir ki, layihə informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.