Bakı rayonlarının məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər
15.03.2018 [12:14]
Xəbərin mətni
"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində martın 15-də Bakının Binəqədi, Səbail, Xətai, Qaradağ, Yasamal və Nəsimi rayonlarının məktəblərindən olan 180 şagird Naxçıvan Muxtar Respublikasına yola salınıb.
AZƏRTAC xəbər verir ki, şagirdlər martın 18-dək Naxçıvanın tarixi və mədəniyyət abidələri, adət-ənənələri, həmçinin müasir siması ilə tanış olacaqlar.