UNEC-də Novruz şənliyi - müəllimlərlə tələbələr yarışıblar
16.03.2018 [17:43]
Xəbərin mətni
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Novruz bayramına həsr olunan şənlik keçirilib.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, xalqımızın mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz bayramı UNEC-in bütün tədris binalarında qeyd olunub. Tədbirdə tələbələrin Novruz atributlarından ibarət hazırladıqları kreativ xonçalar sərgilənərək, şənliyə xüsusi bayram ab-havası verib.