Buraxılış imtahanlarının nəticələri 2 günə açıqlanacaq
18.03.2018 [17:40]
Dövlət İmtahan Mərkəzi martın 18-ində respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib.