Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır
27.03.2018 [11:11]
2018/2019-cu tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizə qəbulu bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, bu gün saat 09:15-ə olan məlumata əsasən, 14623 abituriyent (Azərbaycan bölməsi - 14194; rus bölməsi - 429) elektron ərizəsini təsdiq edib.