ELM VƏ TƏHSİL


Azərbaycanlı gənc ixtiraçı "Forbes" jurnalının reytinqinə daxil edilib

Azərbaycanlı gənc ixtiraçı Reyhan Camalova ABŞ-ın məşhur "Forbes" jurnalının istehsal və enerji sənayesi sahəsində 30 yaşınadək olan 30 ən perspektivli iş adamı və ixtiraçıları reytinqinə daxil edilib. 15 yaşlı Reyhan Camalova belə siyahıya daxil edilən ilk azərbaycanlı gənc sahibkar olub. Qeyd edək ki, Reyhan Camalova öz ixtirası ilə Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində təmsil olunub. Onun ixtirası yağış suyundan enerji istehsal edən “Rainergy" qurğusudur.