DİM ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib
29.03.2018 [11:48]
Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 29-dan aprelin 30-dək internet vasitəsilə aparılır.