ELM VƏ TƏHSİL


Cəbhə bölgəsinin gənc müəllimi bilikli gənc nəslin yetişməsinə öz töhfəsini verir

Sədaqət Musayeva Sumqayıt şəhər 10 nömrəli tam orta məktəbi bitirdikdən sonra keçmiş Azərbaycan Müəllimlər İnstitutunun (AMİ), daha sonra isə Dillər Universitetinin filologiya fakültəsində təhsil alıb. Hər iki ali məktəbi fərqlənmə diplomu ilə bitirib. AMİ-nin Sumqayıt filialında üç il müəllim işləyən S.Musayeva 2017-ci ildə Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqədən uğurla keçib və Ağdam rayonunun cəbhə xətində yerləşən Hacıməmmədli kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb.