CƏMİYYƏT


Hava şəraiti ilə əlaqədar Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıb

Hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC baş verə biləcək hadisələrin qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görüb. Bununla bağlı dənizçilərə xəbərdarlıq edilib. Təhlükəsizliyin təmin olunması üçün hazırda səfərdə olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıb.