Növbəti sınaq imtahanına qeydiyyat başlayıb
03.04.2018 [12:01]
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərə kömək məqsədi ilə aprelin 29-da keçiriləcək növbəti sınaq imtahanına qeydiyyat başlayıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahanlar bir növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır. Sınaq imtahanına qeydiyyat aprelin 24-dək aparılacaq.