Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali məktəblərə qəbul üçün bu günədək 29 mindən çox abituriyent ərizəsini təsdiqləyib

07.04.2018 [18:20]

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, aprelin 7-si saat 17:00-a olan məlumata əsasən, ilk qəbul imtahanında iştirak üçün 28 min 864 abituriyent (24 min 606 nəfər Azərbaycan bölməsi, 4.258 nəfər rus bölməsi), ikinci qəbul imtahanında iştirak üçün 337 abituriyent (285 nəfər Azərbaycan bölməsi, 52 nəfər rus bölməsi) qeydiyyatdan keçib.