Aprelin 15-də keçiriləcək sınaq imtahanına qeydiyyat yekunlaşır
09.04.2018 [13:14]
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə aprelin 15-də keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatır.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sınaq imtahanları bir növbə üzrə keçirilir və saat 11.00-da başlanır. Sınaq imtahanına qeydiyyat aprelin 10-u saat 10.00-dək aparılacaq.