ELM VƏ TƏHSİL


“Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimatı olub

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor Aygün Əttarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimatı olub. AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov kitabın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.