MÜSAHİBƏ


İlyas Umaxanov: Seçki komissiyalarının əməkdaşları onlara həvalə edilmiş vəzifələrin öhdəsindən böyük peşəkarlıqla gəlirlər

Jurnalistlərə müsahibəsində seçkilərin yüksək səviyyədə təşkilini və seçicilərin fəallığını qeyd edən İlyas Umaxanov vətəndaşların təkcə Bakıda deyil, ölkənin regionlarında da səsvermədə fəal olduqlarına əminliyini bildirib. Azərbaycan Respublikası seçki qanunvericiliyinə edilən dəyişiklikləri müsbət dəyərləndirən İ.Umaxanov sonda diqqətə çatdırıb ki, seçki komissiyalarının əməkdaşları onlara həvalə edilmiş vəzifələrin öhdəsindən böyük peşəkarlıqla gəlirlər.