MÜSAHİBƏ


Fransada yaradılan seçki məntəqəsində səsvermənin şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur

Aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezidenti seçkiləri ölkəmiz, xalqımız üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın sabitliyi və inkişafı baxımından bu seçkilər çox vacibdir. AZƏRTAC xəbər verir ki, bu fikri səfir Rəhman Mustafayev jurnalistlərə müsahibəsində bildirib. Qeyd edib ki, səfirliyin mədəniyyət mərkəzində təşkil olunmuş seçki məntəqəsi lazımi avadanlıq və vəsaitlərlə təmin olunub, şəffaf və ədalətli seçki üçün tam şərait yaradılıb.